Ölkədə fiber-optik, LTE şəbəkəsi genişlənir.

  • Space TV
  • 2 Mart 2020 15:15

Nazir müavini qeyd etdi ki, 5 G-yə keçid üzrə hazırlıq işləri aparılır, sınaq keçirilir. Onun sözlərinə görə,  ölkə əhalisinin 80 faizi internet istifadəçisidir. Bu isə kiberməkanın təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasını şərtləndirir.

Elmir Vəlizadə bildirdi ki, beynəlxalq standartlar əsasında İnformasiya təhlükəsizliyi üzrə 18 milli standart hazırlanıb və qeydiyyata alınıb.

Çıxış edən Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev bildirib ki,  Azərbaycan yüksək texnologiyaların tətbiq edilməsində, eləcə də kibertəhlükəszilik sahəsində xeyli irəliləyişlərə nail olub.

Konfransın keçirilməsində əsas məqsəd kibertəhlükəsizlik sahəsində yerli və beynəlxalq ekspertlərlə təcrübə mübadiləsinin aparılması, bu sahədə əlaqəli fəaliyyətin səmərəliliyinin artırılmasıdır.

NƏRGİZ ƏRƏSTUNQIZI SPACE TV

Paylaş

 Xəbəriniz olsun