Ölkədə əlillik səviyyəsi 6,4 faizdir

  • SpaceTV
  • 3 Oktyabr 2019 17:01

Sağlamlıq imkanları məhdud olan gənclərin bir –birindən maraqlı əl işləri sərgilənib. Milli suvenirlər, oyma sənəti, qədim milli əl işi sənəti olan hovlu nümunələri.

Əlilliyi olan insanlarla işin qurulması hər bir cəmiyyət üçün aktualdır. Bu sözləri gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib.

Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli isə qeyd edib ki, ali təhsil alan əlil gənclərin təhsil haqqı ödənişi bu ildən dövlət tərəfindən həyata keçirilir.

Qeyd edək ki, konfransda Azərbaycan, Rusiya, Belarus, Moldova, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Ukrayna, Gürcüstan, Latviya və Litvanın dövlət qurumlarının nümayəndələri, dövlət və qeyri-dövlət reabilitasiya mərkəzlərinin rəhbərləri iştirak edirlər. Konfransda əlilliyi olan gənclərlə aparılan sosial işdə innovativ texnologiyaların tətbiqi, əlilliyi olan şəxslərin hüquqları haqqında konvensiyanın müddəalarının təşviqi, monitorinqi və icrası, MDB və Avropa İttifaqı ölkələrində əlilliyi olan insanların məşğulluğu, peşəkar həyatı və əmək fəaliyyəti müzakirə olunur.

NƏRGİZ ƏRƏSTUNQIZI  SPACE TV

Paylaş

 Xəbəriniz olsun