Ölkə üzrə ən çox yoluxma harada qeydə alınıb?

  • Space TV
  • 19 Oktyabr 2020 12:08

Respublika üzrə koronavirusa yoluxma ilə bağlı statistika açıqlanıb.

Sapacetv.az xəbər verir ki, bu barədə “Koronavirus.info” saytında qrafik yerləşdirilib.

Belə ki, ölkə üzrə ümumi yoluxmanın 55,9 faizi paytaxtın payına düşür.

Abşeronda14,9 faiz, Aran zonasında 10,4 faiz, Gəncə-Qazaxda 6,5 faiz yoluxma qeydə alınıb. 

Eyni zamanda, Lənkəranda 4,1 faiz, Quba-Xaçmazda 2,4 faiz, Şəki-Zaqatalada 2,3 faiz, Dağlıq Şirvanda 1,5 faiz, Yuxarı Qarabağda 1 faiz təşkil edib.

Ən az yoluxma isə Naxçıvanda qeydə alınıb. Burada koronavirusa yoluxma 0.09 faiz olub.

Paylaş

 Xəbəriniz olsun