Ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə Samux rayonunda suvarma sistemnin yaxşılaşdırılması istiqamətində əlavə subartezian quyularının qazılması ilə bağlı imzaladığı sərəncamın icrasına başlanılıb.

  • Space TV
  • 15 Aprel 2020 16:02

Ölkə  rəhbərinin sərəncamı ilə Samux  rayonunda suvarma  sistemnin yaxşılaşdırılması istiqamətində əlavə subartezian quyularının qazılması üzrə işlər İki mərhələdə həyata keçiriləcək. İişlərin  ilkin mərhələsində  32, ikinci mərhələsində isə daha 15 subartezian quyusu qazılacaq. Artıq iki subartezian  quyusunun qazılması prossesi gedir. Rayonun Qovlarsarı kəndi  ərasizində aparılan qazıntı işləri  yekunlşmaq üzrədir. Beləliklə sözügedən kəndin  suvarılma suyuna olan ehtiyacı aradan  qaldırılacaq.

Vurğulayaq ki, bir subartezian quyusu təxminən  30-35 hektar ərazinin suvarılması mümkün olur. Başqa sözlə  desək  dövlət başçısının sərəncamı  tam  icra edildikdə Samux  rayonunun daha  min hektardan artıq  əkin ərazisini  suvarma suyu ilə  təmin etmək mümkün olcaq. Bu da aqrar rayon olan Samux üçün xüsusi önəm daşıyır. Onu da əlavə edək  ki, yeni subartezian quyuları uzun müddət  əkin sahələrinin suvarılması baxımından problem yaşayan kəndlərdə qazılacaq.

Zakir Muradov SPACE TV

Paylaş

 Xəbəriniz olsun