Ölkə dinc həyata qayıdır

  • SpaceTV
  • 13 Sentyabr 2019 12:33

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Suriyadakı müharibənin “həqiqətən sona çatdığını” söyləyib. Bunu rusiyalı nazir “Trud” qəzetinə müsahibəsində söyləyib.

Lavrovun sözlərinə görə “Ölkə getdikcə normal, dinc həyata qayıdır. Ayrı-ayrı gərginlik ocaqları yalnız İdlib və Fərat çayının şərq sahilində – hökumətin nəzarətində olmayan ərazilərdə qalır” nazirin  sözlərinə görə, belə şəraitdə Suriyaya humanitar yardım göstərmək və “bu ölkədə, bütövlükdə Yaxın Şərq regionunda etibarlı və uzunmüddətli sabitliyə nail olmaq üçün böhranın həlli üçün siyasi prosesin irəliləməsi” vəzifələri ön plana çıxır.  Qeyd edək ki, Suriyada silahlı qarşıdurma 2011-ci ildən bəri davam edir. 2015-ci ilin avqustunda prezident Bəşər Əsəd hərbi yardım istəyi ilə Rusiyaya müraciət edib. 2015-ci il sentyabrın 30-dan etibarən Rusiya hava qüvvələri Suriyada hərbi əməliyyatlara başlayıb.

Paylaş

 Xəbəriniz olsun