Ölkə başçısına təşəkkür məktubları yazılmaqda davam edir

  • SpaceTV
  • 28 Aprel 2020 14:22

Ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması üçün göstərdiyi səylərə görə cənab prezidentə hər kəs öz təşəkkürünü bildirir. Ağdam rayonunun Mərzili kəndindən məcburi köçkün düşərək ailəsi ilə birlikdə Zaqatalada məskunlaşan Zakir Əzimov özünün və ailəsinin adından dövlətimizin başçısına təşəkkür edib. “Hörmətli cənab Prezident, Ağdam sakini olaraq sizin gördüyünüz işləri diqqətlə izləyir, buna görə də sizə minnətdarlığımı bildirirəm.

Ölkə prezidentinə növbəti təşəkkür məktubu Kəlbəcər rayonundan məcburi köçkün düşərək Zaqatalada məskunlaşan Əlizamin Əzimov tərəfindən yazılıb. Kəlbəcər sakini məktubunda qeyd edib: Hörmətli cənab Prezident, xüsusilə də ölkə vətəndaşlarının maddi rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyiniz layihələr, atdığınız uğurlu addımlar təqdirəlayiqdir. Əziz Prezidentimiz, ölkə vətəndaşlarının sağlamlığının qorunması naminə gördüyünüz işlərə görə bir məcburi köçkün kimi sizə təşəkkür edir, müstəqil Azərbaycanımızın daha da çiçəklənməsi uğrunda gələcək işlərinizdə nailiyyətlər arzulayıram.

Qeyd edək ki, dövlət başçımızın sərəncamları əsasında əhalinin sosial durumunun yaxşılaşdırılması məqsədi ilə bəzi tədbirlər görülüb. Xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi həyata keçirilib. Artıq həmin şəxslərin böyük bir hissəsi birdəfəlik ödəmə ilə təmin edilib. Bundan başqa koronavirusla mübarizəyə dəstək fondunun yaradılması və yeni xəstəxanaların açılması, Azərbaycanın bütün dünyanı cənginə alan xəstəlikdən çox az zərərlə çıxacağına inam yaradır.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun