Ölkə başçımıza təşəkkür məktubları gəlməkdə davam edir.

  • SpaceTV
  • 25 Aprel 2020 16:59

Dünyanın taclı bəlası olan koronavirus pandemiyasıölkələri gəzməkdə davam edir.Dünya sitatistikasına nəzər salsaq digər ölkələrlə müqayisədə  Azərbaycanda vəziyyət daha ürəkaçandır. Bu gün ölkəmizdə  virusa yoluxanların  yox,  sağalanların sayı sürətlə artır. Bu da ölkə başçımızın  koronavirusla mübarizədə ölkədə gördüyü qabaqcıl tədbirlərin göstəricisidir.

Hökumətin koronavirusla mübarizə istiqamətində  vaxtında atdığı addımlar nəticəsində virusun kütləvi yayılmasının qarşısını almaq mümkün olub. Dövlət başçısı cənab İlham Əliyevin zəruri dövlət dəstəyi istiqamətləri çərçivəsində 1 milyard manat vəsaitin ayrılması ilə bağlı imzaladığı sərəncamı ilkin mərhələdə ən çox mənfi təsirə məruz qalan turizm, otelçilik, ictimai iaşə, əyləncə, nəqliyyat, ticarət və s. kimi ümumilikdə təxminən 12 fəaliyyət sahəsinin təmsilçilərinə böyük dəstək oldu. Ölkə başçısının imzaladığı sərəncamlar nəticəsində görülən bu işlər xalqın diqqət mərkəzindədir.Buna görə də vətəndaşlarımız prezidet İlham Əliyevə  məktub yazmaqla öz təşəkkürlərini bildirirlər. Minnətdarlıq məktubu yazanlar sırasında İsmayil Məmmədov da var.

Cənab İlham Əliyevə minnətdarlıq məktubu yazan vətəndaşlardan biri də sumqayıt şəhər sakini Elşən Əsgərlidir.O məktubunda Ulu öndər Heydər Əliyevin layiqli davamçısı olan İlham Əliyevin bizi koronavirus  bəlasından qoruduğu üçün təşəkkürlərini bilidirib.

Daha bir təşəkkür məktubunu  Qaradağ rayon Lökbatan qəsəbə sakini Nigar Əliyeva yazıb.

Qeyd edək ki, dövlət başçımızın sərəncamları əsasında  əhalinin sosial durumunun yaxşılaşdırılması məqsədi ilə də  bəzi addımlar atılıb.Xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin  verilməsi həyata keçirilib.600 min şəxsə birdəfəlik ödəmə nəzərdə tutulubki, artıq bu günə qədər 300 mindən çox işsiz  şəxs  birdəfəlik ödəmə ilə təmin edilib.Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması,yeni xəstəxanaların açılışı, 6 modul tipli xətəxananın tikintisinə qərarın verilməsi Azərbaycanın bütün dünyanı təhdid edən bəladan az zərərlə çıxacağında əminlik yaradır.

LALƏ ÜLVİQIZI SPACE TV

Paylaş

 Xəbəriniz olsun