Ölkə ərazisində pambıq səpini davam edir

  • Space TV
  • 1 May 2020 14:43

Bu məqsədlə Ucar  rayonunda “May – 344” pambıq toxumu səpilir. Yüksək məhsuldarlığı ilə seçilən toxum ölkəmizə idxal olunub və müxtəlif regionlarda sınaq məqsədi ilə əkini həyata keçirilir. Ucar rayonunda 2 hektar ərazidə sınaq məqsədilə əkilən yeni növ çiyidin ənənəvi şəkildə aqrotexniki qaydaya uyğun becərilməsi həyata keçriləcək. Mütəxəssislərin iştirakı ilə aparılan çiyid səpini hazırda pnevmatik aqreqat vasitəsilə həyata keçirilir.​ Bu növ səpin Azərbaycanda ilk dəfə istifadə olunur  və  bir neçə üstün cəhətləri var. Aqreqat xüsusi monitor ilə təchiz edilib. Nəticədə hər hektara səpilən toxumların sayını müəyyən etmək  mümkün olur. Bu halda fermerlər israfçılığa yol vermirlər

Səpinin operativ həyata keçirilməsi üçün texnika gübrə disklərı ilə təchiz edilib. Qeyd edək ki, “May – 344” pambıq toxumunun sınaq məqsədilə Ucarla yanaşı, İmişli və Saatlı rayonlarında da əkilməsi nəzərdə tutulur.  Hal-hazırda həmin ərazidə 16 hektr sahədə Çin texnalogiyası ilə pambıq əkini həyata keçrilib.

 VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun