Ölkə ərazisində xüsusi karantin rejiminin elan olunması və epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına qarşı tədbirlər davam etdirilir. Qərb bölgəsində də icazəsiz evlərini tərk edənlərə və xüsusi karantin rejiminin tələblərini pozan vətəndaşlara qarşı keçirilən mütəmadi reydlərə baxmayaraq sakinlər yenədə müxtəlif bəhanələr gətirərək kücələrə cixmaqda davam edirlər . kimisi telefonunun olmamasını kimisidə qaydalardan xəbərsiz olduğunu bəhanə gətirirdilər .
Evdən cıxmaq ücün sms göndərilən 81 03 nömrəsindən isə gün ərzində dəfələrlə istifadə edən sürücülərədə rast gəlinirdi .belə olan halda polis bucür vətəndaşları cərmə yazmaqla cəzalandırırdı
Qazax rayonunun giriş və çıxışında eyni zamanda rayon daxili yoxlamalar zamanı bir çox hallarda qanun pozuntusu aşkarlanıb. Bir nəfərin qanunsuz əməlinə hüquqi qiymət verilməsi üçün onun barəsində toplanan material məhkəməyə göndərilib.
Həyata keçirilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin edilməsinə və onların sağlamlığının qorunmasına xidmət edir. Ona görə də vətəndaşlarımızdan sosial izolyasiya tədbirlərinə ciddi riayət etmələri, bütün tövsiyə, təklif və qərarları anlayışla qarşılamalarını bir daha xahiş olunur.
Vasif Vaqifoğlu SPACE TV