Ölkə ərazisində koronavirus infeksiyasına qarşı təhlükəsizlik tədbirləri davam etdirilir

  • Space TV
  • 5 May 2020 13:58

Bildiyimiz kimi, koronavirus pandemiyası təhlükəsi ilə əlaqədar Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərində karantin müddəti mayın 31-ə qədər uzadıldı. Bu qərardan sonra Lənkəranda tibbi-profilaktiki tədbirlər və xüsusi karantin rejiminin tələblərinə riayət olunmasına diqqət daha da artırılıb. 750 nəfərlik mobil qrup şəhər və kəndlərdə sakinlərlə söhbətlər aparır, karantin rejiminin tələbləri və davranış qaydaları bir daha onların nəzərinə çatdırılır. Dezinfeksiya işlərinə Daxili İşlər Nazirliyinin Daxili qoşunlarının xüsusi nəqliyyat vasitələri də cəlb olunub. Eləcə də Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin texniki avadanlıqları ilə park və meydanlar, çoxmənzilli yaşayış binalarının həyətləri, binaların girişləri və liftləri xüsusi dərman preparatları ilə yuyularaq növbəti dəfə dezinfeksiya edilib.

Mayın 31-ə qədər Lənkəranın bütün yaşayış məntəqələrində mütəmadi olaraq dezinfeksiya və karantin-sanitariya qaydalarının əhali arasında geniş təbliği ilə bağlı maarifləndirmə işləri davam etdiriləcək.

Rövşən Almasoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun