Olimpiya mükafatçımız hərbçilərin Dünya Oyunlarında Azərbaycana altıncı medalı qazandırıb

  • SpaceTV
  • 24 Oktyabr 2019 14:03

Çinin Uxan şəhərində hərbçi idmançılar arasında keçirilən VII Dünya Oyunlarında Azərbaycan daha bir medal qazanıb.

SPACE TV xəbər verir ki, boksçumuz Salman Əlizadə (-49 kq) 1/8 finalda suriyalı Hussin Əl Məsrini (3:1) və 1/4 finalda nepallı Teca Bahadur Deubanı (5:0) məğlub edərək yarımfinala vəsiqə qazanıb.

Bu səbəbdən idmançımız özünə ən azı bürünc medalı təmin edib. Gənclər arasında dünya çempionumuz, yeniyetmələr arasında Olimpiya ikincisi və böyüklər arasında Avropa çempionumuzun yarımfinaldakı rəqibi peşəkar boksla da məşğul olan hindistanlı Dipak Tanvar olacaq. Bu görüş sabah Bakı vaxtı ilə saat 09:45-də başlayacaq.REKLAM

Digər boksçularımızdan I Avropa Oyunlarının bürünc mükafatçısı Tayfur Əliyev (-56 kq) monqolustanlı, Ruslan Rüstəmov (-60 kq) çinli, Sərxan Əliyev (-64 kq) qazaxıstanlı, Səbuhi Abışov (-69 kq) rusiyalı və İsmayıl Yaqubov (-91 kq) rumıniyalı rəqiblərinə uduzaraq mübarizəni başa vurub.  

Qeyd edək ki, Azərbaycan indiyədək altı medalı özünə təmin edib. Bu medallardan ikisinin əyarı bu gün az sonra yunan-Roma güləşində müəyyənləşəcək.

Paylaş

 Xəbəriniz olsun