Olimpiya çempionumuz erməni güləşçinin kürəyini döşəyə sıxıb qalib gəldi – YENİLƏNİB

  • Space TV
  • 26 Fevral 2021 15:57

Ukraynanın paytaxtı Kiyevdə keçirilən güləş üzrə beynəlxalq turnirdə azərbaycanlı güləşçi Turan Bayramov erməni idmançısına qalib gəlib.

Spacetv.az xəbər verir ki, Hacı Əliyevin əvəzinə Azərbaycanı 65 kq çəki dərəcəsində təmsil edən yeniyetmələrin Olimpiya çempionu Turan Bayramov Ukraynanı təmsil edən Qor Ovannisyana 5:4 qalib gəlsə də, bununla kifayətlənməyib. O, rəqibinin belini güləş döşəyinə sıxaraq tuşe ilə vaxtından erkən qalib gəlib.

Turan növbəti mərhələdə Andre Bekrenyova (Belarus) 11:0 qalib gəlməklə görüşün vaxtından tez başa çatmasına nail olub. Gənc güləşçimiz 1/4 finalda Cozef Makena (ABŞ) ilə qarşılaşacaq.

12:27

Bu gün güləş üzrə Kiyev turniri start götürür.

Spacetv.az xəbər verir ki, Ukraynanın məşhur güləşçilərinin və məşqçilərinin xatirəsinə keçirilən yarışın ilk günündə 10 idmançımız mübarizəyə başlayır.

Yeniyetmələr arasında Olimpiya, dünya çempionu, U-23-lər arasında dünya çempionu, yeniyetmələr və gənclər arasında Avropa çempionu Turan Bayramov ilk görüşündə Ukrayna ermənisi Qor Ovannisyanla qarşılaşacaq.   

Sərbəst güləş

57 kq
1/16 final Əfqan Xaşalov – Aryian Tiutrin (Belarus)
1/16 final Mahir Əmiraslanov – Roman Qutsuliak (Ukrayna)
1/8 final İslam Bazarqanov – Roberti Dinqaşvili (Gürcüstan)

65 kq
Təsnifat mərhələsi Əli Rəhimzadə – Yorqos Pilidis (Yunanıstan)
1/16 final Turan Bayramov – Qor Ovannisyan (Ukrayna)

74 kq
1/16 final Əşrəf Aşırov – Temuri Beruaşvili (Gürcüstan)

97 kq
Təsnifat mərhələsi İslam İlyasov – Timofey Xenidis (Yunanıstan)

Qadın güləşi

50 kq
1/8 final Türkan Nəsirova – Aynur Erge (Türkiyə)

68 kq
1/4 final İrina Netreba – Nataliya Strjalka (Polşa)

76 kq
1/8 final Gözəl Zutova – Səbirə Əliyeva

Paylaş

 Xəbəriniz olsun