Olimpiya çempionu Rusiyada mer seçilib

  • SpaceTV
  • 27 Sentyabr 2019 17:00

Velosiped idmanı üzrə olimpiya çempionu Olqa Slüsaryova Rusiyanın Tula vilayətinin meri seçilib.

“Space” xəbər verir ki, 50 yaşlı veteran idmançı bu gün altıncı çağırış Tula Regional Dumasının deputatları tərəfindən bu posta layiq görülüb.

Qeyd edək ki, Tulanın meri vəzifəsini 2012-ci ildən bəri Yevgeni Avilov icra edib. Afina-2004 Yay Olimpiya Oyunlarının qalibi olan Slüsaryova bunadək vilayətin İdman və Gənclər Siyasəti Komitəsinin sədri vəzifəsini tutub. O eyni zamanda beşinci çağırış Tula Regional Dumasının deputatı olub.

Paylaş

 Xəbəriniz olsun