Olimpiada həyəcanı: Millimiz 1/4 finalda mübarizəyə başlayır

  • Space TV
  • 28 Avqust 2020 12:01

Onlayn şahmat üzrə Olimpiadada millimiz bu gün növbəti görüşünə çıxacaq.

Spacetv.az FIDE-nin saytına istinadən xəbər verir ki, millimiz bu gün 1/4 finalda Bakı vaxtı ilə saat 20:00-da Polşa komandası ilə qarşılaşacaq.

Polşa dünən Bolqarıstan millisinə 1/8 finalda qalib gələrək (3,5:2,5 və 4:2) Azərbaycana rəqib olub.

1/4 final mərhələsində ABŞ – Ukrayna, Rusiya – Macarıstan, Hindistan – Ermənistan görüşləri keçiriləcək. Yığmamız yarımfinala adlayacağı halda, Hindistan – Ermənistan cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, bu mərhələdə altı xana üzrə hər şahmatçı rəqibi ilə iki dəfə qarşılaşacaq.

Paylaş

 Xəbəriniz olsun