Ölən tələbənin ailəsi “SPACE” TV-ə danışdı – VİDEO

  • SpaceTV
  • 28 Noyabr 2019 15:57

Nişanlı idi, hətta toy günü də müəyyən olunmuşdu.Hər kəs  toy xəbərin gözləyirdi amma ölüm xəbəri gəldi.

Bu xəbər bir kəndi deyil bütün ölkəni göz yaşlarına boğdu.4-cü  kursda oxuyurdu   ali təhil ocağın bitirib kəndlərində müəllim işləyəcəkdi.

Şəkər ayın 21 dünyasını dəyişsə də o ölümündən bir neçə gün sonra dəfn edildi.Səbəb isə mərhumun atasının xaricdə olması idi.Şəkərin doğmaları hələ də hadisənin şokundan ayılmayıb.Şəkər həmən gecə doğmaları ilə telefonla danışıb və özünü  narahat hiss etdiyi bildirib.

Şəkərin nişanlısı onu gəlib həkimə aparmaq istədiyini desə də o bundan imtina edib.Şəkər nişanlısı ilə sağollaşıb və həmən gecə əbədi yuxuya gedib.

Bəs həmin gecə nə baş verdi.Hər kəs tələbələrin qidadan zəhərləndiyini bildirsələr də Şəkərin doğmaları bununla razılaşmır.

Onlar gəncin ölümündə  bir sıra şəxsləri məsuliyətsizlkdə günahlandırır.

Hazırda faktla bağlı  cinayət işi açılıb araşdırma aparılır.

Emin Vaqifoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun