Ölən sevgilisinin cənazəsi ilə evləndi

  • SpaceTV
  • 24 Oktyabr 2019 17:03

Çinin şərqindəki Dalian şəhərində yaşayan 35 yaşlı Xu Shinan xərçəngdən itirdiyi 34 yaşlı sevgilisinin cənazəsi ilə evlənib.

SPACE TV  xarici mediaya istinadla bildirir ki, Cütlük 2007-ci ildə universitetdə tanış olub və 2013-cü ildə nişanlanıb. 3 ay sonra isə qadına döş xərçəngi diaqnozu qoyulub. Müalicə olunduqdan sonra 2017-ci ildə qadının vəziyyəti yaxşılaşıb və cütlük evlənməyə qərar verib. Amma 1 il sonra xəstəlik yenidən qayıdıb.

Təxminən 6 il boyunca xərçənglə mübarizə aparan sevgilisinin gəlin olma arzusunu həyata keçirmək istəyən Xu Shinan bir toy məclisi təşkil edərək Yangın cənazəsi ilə evlənib.

Gənc qadının cənazəsi gəlinliklə çəhrayı güllərlə əhatə olunan tabuta qoyulub. Mərasimə cütlüyün ailələri və yaxın dostları qatılıb.

Xu Shinan Çin mədəniyyətində yer alan və həyatını itirən insanlara hörmət əlaməti olaraq keçirilən ritual ilə bağlı olaraq nişanlısının cənazəsi ilə 1 həftə boyunca qaldığını da deyib.

Cütlüyün hekayəsi Çinin sosial media platforması “Webio”da gündəm olub.

Paylaş

 Xəbəriniz olsun