Oğuzda qonşunun iti qadına hücum çəkərək xəsarət yetirib.Şəkidə isə eyni it dörd nəfərə xəsarət yetirib.

  • SpaceTV
  • 24 Fevral 2020 15:44

Oğuz rayonunun Qumlaq kənd sakini, 43 yaşlı Elnarə İsrafilovaya qonşusunun iti hücum çəkib.İtin dişlərindən xilas olmağa çalışan qadın hər iki ayağından xəsarət alıb. Zərərçəkən Oğuz Rayon Mərkəzi Xəstəxanasına, ordan isə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralının hər iki ayağındakı yaralara tikişlər qoyulub və quduzluq əleyhinə peyvənd vurulub. Oğuz Rayon Baytarlıq idarəsi tərəfindəndən Qumlaq kəndində lazımı tədbirlər aparılıb və hazırda quduzluq əleyhinə peyvəndləmə davam edir.

Şəki Mərkəzi Rayon Xəsatəxanasına da bu gün 4 azyaşlı uşaq itdişləmə diaqnozu ilə müraciət edib. Qırxbulaq kənd sakinləri 9 yaşlı Adəm Əlili , 12 yaşlı Cəlal Əlifov, 6 yaşlı Vüsal Hüseynov və 7 yaşlı Rəşad Nizaməddinli xəstəxanaya əlin və ayaqların ayrı-ayrı yerlərində it hücmu nəticəsində yaranan yaralarla müraciət ediblər. Xəstələrə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvəndlər edildikdən sonra ambulator müalicəyə buaxılıblar. İlkin müayinə zamanı məlum olub ki, uşaqların dördü də ayrı-ayrı vaxtlarda boz, qulağı kəsik eyni itin hücumuna məruz qalıblar.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun