Oğuzda qəza: Yaralılar var

  • SpaceTV
  • 2 Dekabr 2019 12:18

Oğuzda yol-nəqliyyat hadisəsi baş verib. 

SPACE TV xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayon ərazisində qeydə alınıb. 

Belə ki, 58 yaşlı Ərşad Quliyevin idarə etdiyi “Hyundai” markalı avtomibillə Zaqatala rayon sakini  54 yaşlı Oruc Məhərrəmovun sükanı arxasında olduğu “Niva” markalı maşın toqquşub. 

Qəza nəticəsində avtomobillərdə olan dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 

Fakt arşdırılır.

Paylaş

 Xəbəriniz olsun