Oğuzda polislər tərəfindən reyd keçirilib – FOTO

  • SpaceTV
  • 27 Noyabr 2020 13:56

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları qapalı və açıq ictimai məkanlarda, sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində tibbi maskadan istifadə etməyən, karantin rejiminin tələblərinə biganə yanaşan şəxslərə qarşı reyd keçirib.

Bu barədə Spacetv.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, reyd zamanı bəzi şəxslərin tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etmədiyi aşkarlanıb.

Polis əməkdaşları vətəndaşlara özlərinin və digərlərinin sağlamlığı üçün mütləq şəkildə tibbi maskadan istifadənin, sosial məsafənin saxlanılmasının vacibliyini bildiriblər. Karantin rejiminin qaydalarını pozan şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb.

Paylaş

 Xəbəriniz olsun