Oğuzda hərəkətdə olan avtomobil qoyun sürüsünə çırpılıb

  • Space TV
  • 3 Mart 2020 14:05

Axşam saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonun Calud kəndi ərazisindən keçən hissəsində Gədəbəy rayon Samanlıq kənd sakini 30 yaşlı Elfaq Məmmədov minik avtomobili ilə hərəkətdə olarkən yolu keçmək istəyən qoyun sürüsünü vurub. Nəticədə heyvan sahibinin sözlərinə görə  12 baş xırdabuynuzlu heyvan tələf olub, bir-neçə baş da yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun