Oğuzda canavarlar kəndə hücum edib

  • SpaceTV
  • 18 Mart 2020 12:43

Oğuzda canavarlar kəndə hücum etdi, qoyunları parçaladı…

Gecə saatlarında rayonun Bayan kəndində kəndə hücum edən bir-neçə canavar kənd sakini Adil Cabbarovun yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsinə soxulub. Canavarlar tövlədə olan xırdabuynuzlu heyvanlardan 14-nü parçalayıb, 2 heyvanı aparıb daha 14 baş heyvanı isə yaralayıb. Təsərrüfat sahibi hadisə ilə bağlı müvafiq qurumlara müraciət edib.

Canavarların parçaladığı heyvanlar bu gün səhər saatlarında kəndin ərazisində baytarlıq təlimatlarına uyğun olaraq basdırılıb, ərazi dezinfeksiya edilib.

Qeyd edək ki, Şimal-qərb bölgəsində canavarların tez-tez kəndlərə hücum edərək təsərrüfatlara ziyan vurması faktları qeydə alınır. Belə hadisələr zamanı isə təsərrüfat sahiblərinə xeyli ziyan dəyir…

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun