Oğuzda biçin həyata keçirən kombayn yanıb, nəticədə yanğın taxıl sahəsinə də keçib.

  • Space TV
  • 19 İyun 2020 14:09

Günorta saatlarında rayonun Böyük Söyüdlü kəndində Çingiz İbrahimovun idarə etdiyi Niva markalı kombayn biçin apararkən alışıb. Kombayndan sahəyə keçən  yanğın dərhal bir hektardan çox ərazini əhatə edib. Hadisə 64 yaşlı fermer Rafiq Novruzova məxsus biçilməmiş taxıl sahəsidə baş verib. Hadisə yerinə  FHN-nin Oğuz rayon yanğından mühafizə hissəsinin yanğınsondürənləri cəlb olunub. Nəticədə kombaynın tamamilə yanmasının qarşısını alınıb. Ərazi traktor vasitəsiylə şumlanıb və FHN-nin əməkdaşları  və sahə yaxınlığında olan insanların köməyi ilə sondürülüb. Yanğın nəticəsindəə bir hektardan çox taxıl zəmisi, kol-kos sahələri yanıb. Faktla bağlı araşdırma aparılır.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun