32 yaşlı qəhrəmanımız lazımsız tullantı parçalarından göz oxşayan əşyalar düzəldib. O, gələcəkdə bunları sərgiləmək istəyir. Vüqar Baləmmədov hamı kimi Evdə Qal çağırışına hər kəsə nümunə olacaq formada əməl edib. Əsas fəaliyyəti ilə yanaşı bu müddətdə özünün əl işləri bacarığını da yoxlamq məqsədi ilə adi tullantılardan müxtəlif növ sənət əsərləri yaradıb.
Milli mənəvi dəyərlərimizə,muğamımıza, ən qədim sənətkarlıq növlərindən sayılan xalçaçılıq sənətinə böyük rəğbət hissi Vüqarın xalça üstündə muğam musiqi alətləri üçlüyünün yaradılmasına stimul verib.
Vüqar Baləmmədov gələcəkdə yaratdığı əl işlərinin sayını artıraraq sərgilərdə iştirak etməyi də düşünür.
İlkin Piranov SPACE TV