Oğuz-Şəki avtomobil yolunun yenidən qurulması davam edir – FOTO

  • Space TV
  • 5 Fevral 2021 13:41

Oğuz-Şəki avtomobil yolunun yenidən qurulması davam edir.

Spacetv.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, inşa edilən sözügedən yolun Qaraməryəm-İsmayıllı və Qəbələ-Oğuz hissəsinin fasilələrlə yenidən qurulması işləri həyata keçirilib. Yolun 38,1 kilometr uzunluğa malik Oğuz-Şəki hissəsi isə uzun müddətdir əsaslı şəkildə yenidən qurulmadan istismardadır. Bura 3,4 km-lik Oğuz və 3,2 km-lik Şəki şəhərlərinə giriş yolları da daxildir.

Bu üzdən sözügedən yol boyu rahat və maneəsiz hərəkətin təmin edilməsi istiqamətində genişmiqyaslı işlərə başlanılıb.

Paylaş

 Xəbəriniz olsun