Oğuz rayonunun Xalxalqışlaq kənd sakinlərinin uzun illərdir üzləşdikləri problem öz həllini tapıb

  • Space TV
  • 9 Mart 2020 10:44

48 ailənin yaşadığı Xalxalqışlaq kəndinin sakinləri bu vaxtadək içməli suyu çaydan gətiriblər.Yeni su xətti isə, kənddən 7 km aralı Seyid Əhməd bulağından çəkilib.15 tonluq su çəni 6 metr hündürlükdə estakada üzərində quraşdırılıb.Su xəttinin uzunluğu 3060 metrdir.Kənddə bütün evlər su ilə təmin edilib,15 yerdə su çıxışı 1 yerdə isə bulaq kompleksi tikilib.Sakinlər ən kiçik kəndlərə belə Prezidentin qayğısını, diqqətini hiss etdiklərini bildirərək Ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

Kəndin suya olan təlabatının ödənilməsi xüsusilə hər evə suyun çəkilməsi suyu uzaq məsafələrdan daşıyan xanımları daha çox sevindirib.

Qeyd edək ki,Xalxalqışlaq kəndi ucqarda yerləşir və bu kənddə cəmi 290 nəfər yaşayır.

İlkin Piranov  SPACE TV

Paylaş

 Xəbəriniz olsun