Axşam saatlarında Yevlax-Xaldan-Oğuz avtomobil yolunun rayonun Kərimli kəndi ərazisindən keçən hissəsində minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan nəqliyyat vasitəsinin sürücüsü, 26 yaşlı Teymur Ağayev və onun sərnişini, 49 yaşlı Habil Babayev Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Hazırda onların müalicəsi davam etdirilir. Faktla bağlı araşdırma aparılır.
İlkin Piranov SPACE TV