Oğuz məktəb istifadəyə verilib

  • Space TV
  • 20 Dekabr 2019 14:57

Oğuz rayonunun Padar kəndində 460 şagird yerlik məktəb binası əsaslı təmirdən sonra şagird və müəllimlərin istifadəsinə verilib.Uzun keçmişə malik olan Padar kənd məktəbi 1883-cü ildə ikiillik məktəb kimi fəaliyyətə başlayıb. Məktəbin 460 şagird yerlik hazırkı binası isə 1988-ci ildə inşa edilib. Məktəb binası 2015-ci il sentyabrın 4-də bölgədə baş vermiş zəlzələ zamanı qəzalı və yararsız vəziyyətə düşüb.Təhsil Nazirliyi tərəfindən məktəbdə bərpa-gücləndirmə və əsaslı təmir işləri aparılıb.Məktəb müasir inventar və avadanlıqlarla təmin olunub. Şəhid Arzu Əliyevin adını daşıyan məktəbdə hazırda 318 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 39 müəllim məşğul olur. Müəllimlərin 82 faizi ali təhsilli pedaqoji kadrlardır.Məktəblə tanışlıqdan sonra Təhsil naziri Ceyhun Bayramov müəllimlərlə görüşüb, onlara tövsiyələrini bildirib.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun