Oğurluq bu ilin aprel ayının 26-da baş verib. Daha dəqiq evin sahibi Kamran Hacı oğurluq hadisəsindən sözügedən tarixdə xəbər tutub. Müsahibim deyir ki, oğurluq baş verən ünvanda yaşamır. Təmirsiz olduğundan evini təmir etdirmək istəyib.O özünü binanın mühəndisi kimi təqdim edən Xəyal adlı şəxslə tanış olub, ona evin açarlarını və 500 manat pul da verib. Amma it də gedib,ip də. Müsahibim iddia edirki ona məxsus olan əşyaları Xəyal ora gələn ustalarla birlikdə oğurlayıb. Çünki evin açarı Xəyaldan başqa heç kəsdə olmayıb.Ondan başqa isə evə heç kim girə bilməzdi.Kamran deyir ki, ona dəyən ziyan 2000-3000 manat çevrəsindədir. O bununla bağlı Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsinə məlumat verib. Amma hələ də oğurluğu törədən şəxslər nəinki saxlanılıb məsuliyyətə cəlb edilməyib, hətta artıq işə xitam verilib. Biz isə ümid edirik ki oğrular tez bir zamanda saxlanılar və qanun qarşısında cavab verərlər.
HÜRÜ ƏLİYEVA SPACE TV