Oğurluq etmək üçün girdikləri binada rəqs etdilər

  • SpaceTV
  • 15 Noyabr 2019 18:04

Türkiyənin Osmaniye bölgəsində girdikləri binada oğurluq edən 3 gənc qızın etdiyi qəribə davranışları təhlükəsizlik kameralarına əks olunub.

SPACE TV  Türkiyə mediasına istinadla bildirir ki, yaşayış bölgəsinə daxil olan 3 şəxs bütün mənzillərin zənginə basıb. Qapıya çıxan ev sahiblərindən səhv adlar verərək ünvan soruşan şübhəlilər sahibi evdə olmayan mənzillərdən birinin qapısını qıraraq içəri giriblər. Evdə olan pul və qızılı götürən oğrular gəldikləri kimi binadan çıxıblar.

Kimliyi açıqlanmayan oğrular adisədən iki gün sonra yenidən eyni üsul ilə oğurluq üçün girdikləri evdə polis tərəfindən saxlanılıblar. Oğrular yaşları az olduğu üçün sərbəst buraxılıb.

Paylaş

 Xəbəriniz olsun