Oğurluq etdi 6 il həbs olundu ,cəzasını çəkib azadlığa çıxdı amma yenə tutuldu.

  • SpaceTV
  • 27 Fevral 2020 11:59

Amma çəkdiyi cəza onu əməllərindən çəkindirmədi.Qubada əvvəllər məhkum olan şəxs oğurluq edib. Artıq həmin şəxs  polis tərəfindən saxlanılıb və məsuliyyətə cəlb olunub. Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində müxtəlif vaxtlarda mağazalardan oğurluqlar etməkdə şübhəli bilinən rayon sakini, əvvəllər də eyni əmələ görə altı il həbs olunmuş Aydın Məhərrəmov saxlanılıb.Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayəti etiraf edərək, dəfələrlə mağazalardan oğurluqlar etdiyini bildirib.

Saxlanılan şəxs məsuliyyətə cəlb olunub. Onun digər cinayət hadisələrinin iştirakçısı olub-olmaması araşdırılır. 

Emin Vaqifoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun