Oğurluq edildi

  • SpaceTV
  • 22 Oktyabr 2019 17:29

Bu barədə rayon polis şöbəsinə məlumat verən həmin kənd sakini Əflatun Zeynalov bildirib ki, hazırda Rusiya Federasiyasında yaşayan qardaşı Vaqif Zeynalovun evindən 1700 manat dəyərində bir ədəd notebook, qiyməti 1000 manat olan spirtli içkilər, həmçinin bir ədəd antena oğurlanıb. Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən həmin kənd sakinləri Elvin Mehtizadə və Asif Ağayev saxlanılıblar. Onlardan mənzildən oğurladıqları notebook aşkar edilərək maddi sübut kimi götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

HÜRÜ ƏLİYEVA SPACE TV

Paylaş

 Xəbəriniz olsun