Oğurluq edən şəxslər saxlandı

  • Space TV
  • 18 İyun 2020 15:24

Araşdırmalarla onların rayon sakinləri Şahmir Ağamirov və Rəsul Savziyev olduqları müəyyən edilib.Dindirilmə zamanı hər iki şəxs törətdikləri oğurluq hadisəsini etiraf edərək, yaşayış evinə gecə saatlarında qanunsuz olaraq daxil olduqlarını və cinayət yolu ilə əldə etdiyi əşyaları Şahmir Ağamirova məxsus “Niva” markalı nəqliyyat vasitəsinə yükləyərək hadisə yerindən uzaqlaşdıqlarını bildiriblər.

Oğurlanan əşyalar polis əməkdaşları tərəfindən maddi sübut kimi onlardan götürülüb.Qeyd olunan faktla bağlı Qusar RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, həmin şəxslərin başqa cinayət hadisələrində iştirak edib-etməmələri araşdırılır.

                                       Emin Vaqifoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun