Oğurluq

  • Space TV
  • 25 Noyabr 2019 16:33

Oğurluq hadisəsi Xızı rayonun Şuraabad qəsəbəsində qeydə alınıb.Qəsəbə sakini Tükəzban Mirzəyevanın həyətindəki qarajdan “QAZ-31” markalı avtomobil və 1 ton arpa oğurlanıb.Xızı RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində oğurlamaqda şübhəli bilinən Xızı rayon sakini, əvvəllər məhkum olunmuş Sərxan Mirzəyev polis əməkdaşları tərəfindən saxlanıllıb.Şəxsi axtarış zamanı ondan həmçinin narkotik vasitə olan heroin də götürülüb.

Faktla bağlı Xızı RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Emin Vaqifoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun