Oğurladığı pulla özlərinə avtomobil aldılar. Keçmiş məhkumlar saxlanıldı

  • SpaceTV
  • 13 Yanvar 2020 17:49

Hadisə ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edən ev sahibi dekabr ayının 31-dən yanvarın 1-nə keçən gecə evdə olmadığı müddətdə mənzildən  31450 avro, 4300 ABŞ dolları,  1 ədəd televizor və 1 ədəd modemin oğurlandığını bildirib. Zərərçəkən ona ümumilikdə 66611 manat maddi ziyan dəydiyini qeyd edib. Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının “isti” izlərlə həyata keçirdiklərin əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Sumqayıt şəhər sakinləri Musa Bayramov, Rövşən Ağayev və onun qardaş Rüstəm Ağayev saxlanılaraq istintaqa təqdim ediliblər.

          Araşsdırma zamanı müəyyən edilib ki, hadisə günü evin hasarından əvvəlcə Rövşən Ağayev və Musa Bayramov həyətə düşüblər. Rüstəm Ağayev isə pusquda dayanıb.

Daha sonra dəstə üzvləri məzilin qapısının üzərində barmaqlıqlar olmayan pəncərənin şüşəsini qıraraq mənzilə daxil olublar.  Mənzilin qapısı açılandan sonra dəstənin digər üzvü Rüstəm Ağayev də evə girib. Saxlanılan şəxslər evin yataq otağında olan külli miqdarda pulu və bir ədəd televizoru götürəndən sonra hadisə yerindən uzaqlaşıblar.

Qeyd edək ki, saxlanılan şəxslər biri Rüstəm Ağayev hadisədən sonra ona çatan pulun bir hissəsi ilə özünə avtomobil alıb. Həmin nəqliyyat vasitəsi də polislər tərəfindən müəyyən edilərək saxlanılıb.

Qeyd edək ki, dəstə üzvləri hadisədən sonra qapını qırmaq üçün istifadə etdikləri dəmir parçasını, həmçinin sındırdıqları şüşə qırıntılarını özləri ilə götürərək evdən bir qədər kənara atıblar.

Dəstə üzvü Rüstəm Ağayev evdən oğurladığı televizoru isə mənzilin yaxınlığında olan orta məktəbin həyətində gizlədib. Həmin televizor da aşkar edilərək polislər tərəfindən götürülüb.

Faktla bağlı saxlanılan şəxslər barəsində Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istimtaq tədbirləri davam etdirilir.

 Hürü Əliyeva SPACE TV

Paylaş

 Xəbəriniz olsun