Oğlunu 29 il bağlı otaqda saxlayan ana həbs edildi

  • SpaceTV
  • 1 Dekabr 2020 10:58

İsveçdə oğlunu 29 il bağlı otaqda saxlayan ana həbs edilib.

Spacetv.az REN TV-yə istinadən xəbər verir ki, araşdırmalarda qadının oğlunu 12 yaşından bəri evdən küçəyə buraxmadığı müəyyənləşib. 

Bildirilib ki, yaşlı qadının yanına qohumları gəlib və orada dişsiz, ayaqlarında yaraları olan, qorxmuş kişini aşkar ediblər. Qohumlar kişinin güclə ayaq üstə dayandığını qeyd ediblər. 

Məlum olub ki, bu, ev sahibinin oğludu, 41 yaşlı kişi ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. 

Ana 7-ci sinifdən sonra oğlunu məktəbdən çıxarıb və o vaxtdan onu küçəyə buraxmayıb. Qadın oğluna deyib ki, ətrafdakıların hamısı onun pisliyini istəyir, küçədə çox təhlükəlidir. 

Onun bu üsulla oğlunu qorumaq istədiyi ehtimal edilir. Yeri gəlmişkən, kişinin saxlanıldığı otaq zibillə örtülü olub və illərlə yığışdırılmayıb. 

Paylaş

 Xəbəriniz olsun