Ögey ana zorakılığı – VİDEO

  • Space TV
  • 16 Dekabr 2019 11:29

Bakıda yaşayan Qulu və Hüseyn adlı qardaşların anası onlar körpə ikən vəfat edib. Himayəsində qaldığı ataları, Ağcabədi rayon sakini Xəqani Kazımov isə Nuranə adlı qadınla ailə qurub. Bundan sonra Nuranə adlı qadın uşaqlara müxtəlif işgəncələr verib.”Nuranə çay içəndə qardaşım Qulu susuz olduğu üçün onun ağzına baxdı. O da isti çayı Qulunun üzünə atıb qardaşımın üzün yandırdı. Sonra da məni qaz dəmiri ilə döydü… ” – deyə Hüseyn bildirib.”Nuranə qardaşımı ayağından asdığını atama dedim. Atam da məni məftilnən boğazımdan asıb Nuranəyə dedi ki, bizi döysün. Nuranə də dəmirlə bizi döydü. Sonra ipdən düşürüb əllərinizi stolun üstünə qoyub çoxlu vurdular. Qardaşım bərkdən qışqırdı. Bizi ördəklər olan hinə saldılar. Hər gecə orda qalırdıq. Qardaşımın əli şişmişdi. Mən Nuranəyə qardaşımın əlin göstərəndə o mənim əlimi isti çaydana salıb yandırdı. Sonra da sulux olan əlimi iynəldi…” , deyə Qulu qeyd edib.Uşaqların iddiasına görə, Nuranə adlı qadın uşaqlar ac olanda onların boğazına acı istiot töküb.Məlumata görə, uşaqlar hazırda ana babasının yanındadırlar. Onların atasının himayəsindən alınıb babasına verilməsi üçün Sabunçu rayon məhkəməsinə müraciət edilib.Uşaqların babası nəvələrinin üzləşdiyi durumla bağlı videomüraciət yayıb.

Gündəmə övladlarına verdikləri işgəncələrlə düşən ata və ögey ana verilişlərdən birinə çıxaraq deyilənlərin böhtan olduğunu bildiriblər. Xəqani Kazımov qayınatasının ona böhtan atdığını bildirib. o deyib ki,  Heç bir işgəncə verməmişik. Məhkəmə qərarı ilə uşaqlar bizdə idi. Hansı valideyn uşaqlarını belə döyər? Özləri uşaqları bu cür ediblər. Evdən övladlarımı aparanda heç bir şeyləri yox idi. Bir tək qolu şişmişdi. O da ağacdan yıxılmışdı, yoxlatdırmışdıq, qırığı-çatı yox idi. Bizi şantaj edirlər. Ögey ana Nuranə isə uşaqlara çox yaxşı baxdığını, uşaqları onlardan almaq üçün  belə addım atdıqlarını deyib.

Qeyd edək ki faktla bağlı cinayət işi açılıb. Şübhəsiz ki, bu işdə təqsirkar olan şəxslər layiqli cəzaların alacaqlar.

Qeyd edək kiXəqani Kazımov və Nuranəye Cinayət Məcəlləsinin üç maddəsi ilə ittiham verildi, qadının hamilə olması nəzərə alınmaqla polis nəzarətində saxlanılacaq

Uşaqlar bizim gələcəyimizdir.Gələcəyimizin etibarlılığı üçün onları tam sağlam, böyütmək bizim borcumuzdur.

Orxan Şükür SPACE TV

Paylaş

 Xəbəriniz olsun