Oftalmologiya mərkəzinin açlışı olub

  • SpaceTV
  • 25 Oktyabr 2019 17:06

Şəki şəhərinin mərkəzində  yerləşən   tarixi bina rekonstruksiyaı və   bərpadan sonra  Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin istifadəsinə verilib.Bu gündən burada Şəki filialı öz işinə başlayır.Mərkəzin açılışına  rayon ziyzlıları,Milli Oftalmologiya Mərkəzinin rəhbərliyi , regionda çalışan göz həkimləri və “Respublikanın regionlarında oftalmologiyanın inkişafı, problemləri, nailiyyətləri” adlı konfrasa toplaşan həkimlər qatılıb.

Açılışdan sonra binaya baxış keçirib və yaradılan şəraitlə tanışlıq olub.Mərkəz binanın qədimliyini qorumaqla yanaşı müasir uslubda bərpa edilib.Mərkəz regionun əhalisinə yüksək səviyədə xidmət göstərmək üçün bütün textiki avadanlıqlarla təchiz olunub.Artıq Şəki filialəmda istənilən cərrahiyə əməliyatları keçirmək mümkün olacaq .

Sonra Marxal oteldə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşəbbüsü ilə “Respublikanın regionlarında oftalmologiyanın inkişafı, problemləri, nailiyyətləri” mövzusunda VII regional konfrans öz işinə başlayıb. Konfransın məqsədi oftalmologiya sahəsində baş verən yenilikləri, nailiyyətləri araşdırmaq, təkliflərlə çıxış etmək, bu sahədə baş verən ən son nailiyyətlərdə region həkimlərinin iştirakını təmin etmək və onların da həmin yeniliklərdən istifadə etməsinə dəstək olmaqdır.

Oktyabrın 26-da həmin məkanda gənc oftalmoloqların “Müasir oftalmologiyanin son nailiyyətləri” mövzusunda XIII elmi-praktik konfransı keçiriləcək. Konfransın məqsədi gənc oftalmoloqların bilik və bacarıqlarını nümayiş etdirmək, oftalmologiya sahəsində əldə olunan son nailiyyətləri, yeni müayinə və müalicə metodlarını müzakirə etmək və öz sahələrində mütəxəssis olan oftalmoloqların təcrübələrindən yararlanmaqdan ibarətdir.

İLKİN PİRANOV SPACE TV

Paylaş

 Xəbəriniz olsun