Ofelya Sənani infarkt keçirdi: vəziyyəti ağırdır

  • SpaceTV
  • 5 Oktyabr 2019 13:28

Azərbaycanın Xalq artisti Ofelya Sənani infarkt keçirib.

SPACE TV xəbər verir ki, Xalq artisti təcili olaraq Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib.

Ofelya Sənaniyə ürəyin ön və arxa divarının infarktı diaqnozu qoyulub. 

Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, hazırda vəziyyəti çox ağırdır. Həkim nəzarətində saxlanılır.

Paylaş

 Xəbəriniz olsun