Odun tədarükü məntəqələri yaradılıb

  • SpaceTV
  • 10 Sentyabr 2019 16:06

Qazlaşdırılmamış ucqar dağ kəndlərində yaşayan sakinlər. Sizə vacib xəbərimiz var. Daha odun tədarükünü əldə etmək üçün meşələrə üz tutmalı olmayacaqsız. Bölgələrdə odun yanacağı tədarük məntəqələri yaradılıb ki, ora müraciət etməklə soyuq qış günlərində evinizdə ocağın istisinə qızına bilərsiniz.

Qazlaşdırılmamış kəndlərdə odun tədarükünə başlanılıb. Ucqar dağ kəndlərinin odun yanacağı ilə təmin olunması üçün regional meşə idarələrində odun tədarükü məntəqələri yaradılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin direktoru Ağaqardaş Qaraşov bildirir ki, məntəqələrdə kifayət qədər odun var.  Sakinlər meşə idarələrinə müraciət edərək, banka ödəniş əsasında odun yanacağı əldə edə bilərlər.

Nazirliyin departement direktoru yaradılan şəraitdən sui- istifadə edən vətəndaşlara qarşı da mübarizə aparıldığını qeyd etdi. O, vətəndaşları ehtiyac olduğu qədər odun tədarükü əldə etməyə və qanunsuz qırıntı hallarına yol verməməyə çağırır.

Meşələrin qorunması müvafiq dövlət qurumları ilə yanaşı, həm də hər bir vətəndaşın borcudur. Çünki meşələr nəfəs aldığımız planetin ağ ciyərləri hesab olunur. Biz də media olaraq, vətəndaşları aldığımız nəfəs qədər bizə yaxın olan meşələri qırmamağa çağırırıq. Odun yanacağını xüsusi tədarük məntəqələrindən əldə edin ki, həm meşələrimiz kor-koranə qırılmasın, həm də evinizdəki ocağın istisində könül xoşluğu ilə qızına biləsiniz.

Cəfər Talıb, Samir Göylərli, Space.

Paylaş

 Xəbəriniz olsun