“Odlar Yurdu” Avropa Kubokunun neçəncisi oldu?

  • Space TV
  • 23 Dekabr 2020 11:09

Onlayn şahmat üzrə qadın komandalar arasında Avropa Kubokuna yekun vurulub.

Burada mübarizə aparan Azərbaycanın “Odlar Yurdu” komandası son beş turda keçirdiyi görüşlərdən ilk ikisində qalib gəlsə də, üç görüşdə uduzub.

Nəticədə qadın millimizin əsasını təşkil edən “Odlar Yurdu” yarışı altı xalla IX yerdə başa vurub.

Çempion 14 xalla Monakonun “Monte Karlo” komandası olub. Gümüş və bürünc medalları isə Rusiyanın “Yuqra” və “Qambit” komandaları alıblar. Hər iki komanda yarışı 11 xalla başa vurub.

Qeyd edək ki, bu yarışda komandamızın heyətində Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Türkan Məmmədyarova və Ülviyyə Fətəliyeva iştirak ediblər.

Paylaş

 Xəbəriniz olsun