Nyu-Yorkda kilsə yaxınlığında atışma anı – FOTO

  • Space TV
  • 14 Dekabr 2020 11:10

Sosial şəbəkələrdə Nyu-Yorkda kilsə yaxınlığında naməlum şəxsin insanlara atəş açdığı anın görüntüləri yayılıb.

Spacetv.az xəbər verir ki, bu barədə REN TV xəbər yayıb.

Hadisə Harlem yaxınlığında Müqəddəs İohann Katedrali məbədinin yanında baş verib. Hadisə vaxtı məbəd yaxınlığında Milad bayramı ilə əlaqədar konsert keçirilib. Atışma bir dəqiqəyə yaxın davam edib. Cinayətkar polis əməkdaşı tərəfindən güllələnib. Bu vaxt polis əməkdaşının özü də yaralanıb.

Sonradan hücumçunun çantasında benzinlə dolu kanistr, bıçaq və Tövrat tapılıb.

Paylaş

 Xəbəriniz olsun