Nyu-York ştatında karantin müddətində onlayn formada evlənmək mümkün olacaq

  • Space TV
  • 20 Aprel 2020 10:56

ABŞ-ın Nyu-York ştatının qubernatoru Endryü Kuomo COVID-19 pandemiyası ilə bağlı sərt karantin müddətində toy mərasimini onlayn formada keçirməyə icazə verib.

SPACE TV BBC telekanalına istinadla xəbər verir ki, cütlüklər internet üzərindən ərizə verə bilərlər, dövlət xidmətləri isə mərasimi onlayn şəkildə keçirəcəklər. “Siz indi bunu “Zoom” vasitəsilə edə bilərsiniz. Hə, ya yox?”, – deyə Kuomo brifinqdə bildirib.

Bu qərar koronavirus səbəbindən ştatda məhdudlaşdırıcı tədbirlərin mayın 15-dək uzadılmasından sonra qəbul edilib.

Paylaş

 Xəbəriniz olsun