Nyu-York polisi metroda silahlı hücum törədən şəxsi həbs edib

  • Space TV
  • 15 Fevral 2021 12:26

Nyu-Yorkun hüquq-mühafizə orqanlarının əməkdaşları metroda iki nəfərin ölümünə səbəb olan silahlı hücumlar törətmək ittihamı ilə 21 yaşlı kişini həbs edib.

Spacetv.az TASS-a istinadən xəbər verir ki, bu barədə şəhər polis idarəsinin rəisi Dermot Şi tvitterdə bildirib.

“Manhetten prokurorluğu 21 yaşlı Riqoberto Lopesi metronun A xəttindəki son cinayətlər və hücumlarla əlaqədar istintaq çərçivəsində ittiham edərək həbs edib”, – o yazıb.

Xatırladaq ki, Nyu-York metrosunda soyuq silahdan istifadə edilməklə ardıcıl hücumlar cümə günündən etibarən 14 saat ərzində davam edib. Polisin verdiyi məlumata görə, qurbanların hamısı evsiz olub.

Paylaş

 Xəbəriniz olsun