Nurməhəmmədov bu məbləğə karyerasını bərpa edə bilər

  • SpaceTV
  • 2 Dekabr 2020 16:22

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədov karyerasını 100 milyon dollar qarşılığında bərpa edə bilər.

Spacetv.az TASS-a istinadən xəbər verir ki, bu barədə 32 yaşlı döyüşçü mətbuat konfransında bildirib.

Nurməhəmmədov deyib ki, UFC prezidenti Dana Uayt ona, böyük ehtimalla, pul təklif edəcək: “Bu, 100 milyon dollar olarsa, həlli mümkün problem olacaq. Görək, nə təklif edəcək”.

Qeyd edək ki, Həbib Nurməhəmmədov keçirdiyi 29 görüşün hamısında qələbə qazanıb.

Paylaş

 Xəbəriniz olsun