Nümunəvi məhəllələr

  • SpaceTV
  • 21 Noyabr 2019 13:08

Gəncədə yeni nümunəvi mələhəllələrin sayı artır. Şəhərin Kəpəz rayonu ərazisindəki 3-cü mikrarayonda yerləşən 6 binanı əhatə edən və burada   yaşayan ümumən 270 ailə üçün salınan məhəllə də onlardan biridir. Səliqə-sahman işlərilə  yanaşı, yeni  skamyalar quraşdırılır, gecə işıqlandırıma dirəkləri basdırılır, həmçinin  məhəllədə futbol, basketbol və həndbol meydançaları təmir edilir. Bütün bunlar sakinlərn ürəyincədir.

Məhəllənin təmiz saxlanması üçün binaların qarşısında məişət tullantıları üçün qutular qoyulacaq. İstirahət, idman və əyləncə ilə yanaşı, yaşıllıqlar da salınacaq, yeni ağaclar və gül kolları əkiləcək. Bu ilin sonuna kimi Gəncə şəhərində 6 belə məhəllənin tam abadlaşdırılıb sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulur.

Zakir Muradov SPACE TV

Paylaş

 Xəbəriniz olsun