Noyabrda üç gün dincələcəyik

  • SpaceTV
  • 1 Noyabr 2019 15:58

Noyabr ayında Azərbaycanda üç gün qeyri-iş günü olacaq.

SPACE TV-in məlumatına görə, 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günü ilə əlaqədar iş olmayacaq.

9 noyabr şənbə gününə təsadüf etdiyindən noyabrın 11-i, həftənin bazar ertəsi də qeyri-iş günü hesab ediləcək.

Belə ki, noyabrın 9-u, 10-u və 11-i iş olmayacaq.

Noyabrın 12-si isə iş günüdür.

Qeyd edək ki, noyabrın 12-si Azərbaycan Respublikasının Konstitusiya günüdür.

Paylaş

 Xəbəriniz olsun