Növbəti monitorinq keçiriləcək

  • SpaceTV
  • 5 Avqust 2019 12:13

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, sabah Füzuli rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.  

SPACE.TV-nin məlumatına görə, bu barədə Müdafiə Nazirliyi   məlumat verib.  Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik, onun səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller keçirəcəklər.

 Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Oqnyen Joviç keçirəcəklər. 

Paylaş

 Xəbəriniz olsun