Növbəti modul tipli xəstəxana istifadəyə verilib – VİDEO

  • Space TV
  • 3 Sentyabr 2020 11:35

Paytaxtın Zığ qəsəbəsində  Fövqəladə Hallar Nazirliyinin Tibbi mərkəzinin  koronoviruslu  xəstələrin müalicəsi üçün nəzərdə  tutulan,  ən müasir standartlara  cavab verən  modul  tipli hospitalı  istifadəyə hazırdır. Space TV-nin xəbərinə görə, yeni hospital həm böyüklyünə, həm də  təchizatına  görə  modul xəstəxanalar arasında fərqlənir. 

Ən müasir texniki təchizatlı  otaqlar,  dəqiq və operativ şəkildə  analiz   aparmaq  imkanına  malik laboratoriya, oksigen balonları ilə tam təmin olunmuş  rahat  çarpayılar,   ağır xəstələrin qəbulu üçün hər an hazır olan reanimasiya otaqları.  Söhbət Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalından gedir.

Tibb müəssisəsində terapevtik müalicə bölümündən başqa  267 çarpayılıq  reanimasiya şöbəsi də var. Burada quraşdırılan avadanlıqlar istər müalicə, istərsə də müayinə işini ən yüksək səviyyədə aparmağa imkan verir.

Bundan başqa  hospitalada məlumatların idarəetmə sistemi  də var ki,  məhz onun sayəsində  mərkəzi qərargahda müalicə prosesinə aid bütün məlumatlar qəbul edilir və müalicə prosesi bu qərargahdan idarə olunur.

Ölkədə  yeni modul tipli xəstəxanaların istifadəyə verilməsi koronavirusa yoluxanların lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetmə və tibbi əlaqələndirmənin təmin edilməsində böyük rol oynayır.

Paylaş

 Xəbəriniz olsun