Növbəti il üçün ölkədə yaşayış minimumu artırılacaq

  • Space TV
  • 23 Dekabr 2020 15:13

Növbəti ildən ölkədə ehtiyac meyarının həddinin orta hesabla 6,3 faiz artımı nəzərdə tutulub.

Spacetv.az-ın məlumatına görə, 2021-ci ilin dövlət büdcəsi xərclərinə əsasən ehtiyac meyarının orta həddinin 160 manatdan 170 manata çatdırılması gözlənilir.

Eləcə də, 2021-ci ildə ünvanlı dövlət sosial yardımının maliyyə təminatı üçün növbəti ilin dövlət büdcəsində 257,7 milyon manat vəsait proqnozlaşdırılıb. Bu da 2020-ci illə müqayisədə 13,6 milyon manat və ya 5 faiz çoxdur.

2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, o cümlədən, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində proqnozlaşdırılıb. Bu isə 2020-ci illə müqayisədə müvafiq olaraq orta hesabla 6 manat və ya 3,1 faiz çoxdur.

Paylaş

 Xəbəriniz olsun