Növbəti dəfə sosial mənzillərin satış vaxtı bilindi

  • SpaceTV
  • 13 Sentyabr 2019 17:28

Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən növbəti dəfə satışa çıxarılacaq  güzəştli mənzillərin satış tarixini açıqladı. Yasamal Yaşayış Kompleksinin 10-13 saylı binaları üzrə 10 mənzil, həmçinin 14, 15, 16, 17, 18, 19, 20, 21 və 22 saylı binalarında yerləşən 560 mənzilin, ümumilikdə 570 mənzilin satışı 16 oktyabr 2019-cu il tarixində saat 11:00-da başlayacaq və 30 oktyabr 2019-cu il tarixi saat 11:00-a qədər davam edəcək. 

Mənzil İnşaatı Dövlət agentlyinin mətbuat xidmətinin rəhbəri Diana Dadaşovanın sözlərinə görə yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq  hüququna  malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən  və  sıra  nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdir.

Satışa çıxarılacaq bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur. Mənzillərin qiymətinə gəldikdə isə 1 otaqlı 29 min 925 manat,2 otaqlı 47min 652 manat,3 otaqlı mənzilin qiyməti isə 65 min 997 manata təklif olunacaq.

Diana Dadaşovanın sözlərinə görə hazırda agentliyin 2 ci lahiyəsi olan Hövsan Yaşayış kopleksində tikinti işləri sürətlə davam etdirilir. Burda isə mənzillərin satışına gələn ildən başlanılacaq.

Rəşad Vəkiloğlu -Space

Paylaş

 Xəbəriniz olsun